Putinin cüdo müəlliminin oğlu Dumaya gedir- FOTO

Putinin cüdo müəlliminin oğlu Dumaya gedir- FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada hakimiyyətə yaxın çevrələrin siyasətdə irəliləməsi ilə bağlı diqqətçəkən detal ortaya çıxıb.

Tribuna.az  xəbər verir ki, Sankt-Peterburq üzrə “Vahid Rusiya” partiyasının praymerizində Mixail Raxlin qalib gəlib və böyük ehtimalla Dövlət Dumasına seçkilərdə hakim partiyanın namizədi olacaq.

Raxlin Rusiya prezidenti Vladimir Putinin gənclik illərində cüdo ilə məşğul olduğu məşqçi Anatoli Raxlinin oğludur. Məhz həmin idman məktəbindən Putinin yaxın çevrəsində yer alan Rotenberq qardaşları, eləcə də Dövlət Dumasının deputatı Vasili Şestakov da keçib.

Müşahidəçilər hesab edir ki, bu namizədlik Kremlin yaxın çevrəsinin və Putinin şəxsi münasibətlər sisteminin siyasi institutlarda təsirini qoruduğunu göstərən daha bir nümunədir.

Eyni zamanda mediada iddia olunur ki, bir çox dairələrdə qalib gələn namizədlərin xeyrinə büdcə təşkilatlarının əməkdaşlarını səs verməyə məcbur etdikləri barədə şikayətlər səslənib. Bu iddialarla bağlı rəsmi təsdiq təqdim olunmayıb.