Prezident İlham Əliyev ölkənin şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
TİA.AZ xəbər verir ki, sərəncamda deyilir:
“Azərbaycanın 5 şəhər və rayonunda 379 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Prezidentin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.65-ci bəndində göstərilmiş məbləğin 21 685 830 (iyirmi bir milyon altı yüz səksən beş min səkkiz yüz otuz) manatı bu Sərəncama əlavə edilmiş siyahıya uyğun olaraq şəhər, rayon icra hakimiyyətlərinə ayrılsın”.
|
Sıra №-si |
Şəhər, rayon |
Dam örtüklərinin təmiri nəzərdə tutulmuş 3, 4 və 5 mərtəbəli çoxmənzilli binalar |
||
|
Sayı, ədəd |
Sahəsi, kv.m. |
Ayrılan vəsait, min manat |
||
|
5 şəhər və rayon üzrə cəmi |
379 |
434 879,0 |
21685,83 |
|
| o cümlədən: | ||||
|
1. |
Gəncə |
50 |
49449,0 |
2472,57 |
|
2. |
Sumqayıt |
263 |
291406,0 |
14007,43 |
|
3. |
Şəki |
28 |
42119,0 |
2483,07 |
|
4. |
Şirvan |
30 |
40048,0 |
2053,23 |
|
5. |
Qazax |
8 |
11857,0 |
669,53 |









