Putin və Zelenski atəşkəsə razıdır, amma – Trampdan AÇIQLAMA

Putin və Zelenski atəşkəsə razıdır, amma – Trampdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Röyters agentliyinin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib ki, Vaşinqton müharibəyə son qoymaq üçün Rusiya və Ukrayna ilə əməkdaşlığı davam etdirir.
Tribuna.az bildirir ki, ABŞ prezidenti açıqlama verib. Bildirib ki, “Biz müharibənin bitməsini istəyirik. Buna görə də biz Ukrayna və Rusiya ilə birlikdə ona son qoymaq üçün çalışırıq”.

Tramp həmçinin ABŞ-ın Kiyevlə kəşfiyyat məlumatlarını paylaşmağa davam etdiyini təsdiqləyib.

“Biz onlara kömək edirik və kəşfiyyat məlumatları təqdim edirik”, – deyə o bildirib.

ABŞ liderinin sözlərinə görə, həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Volodimir Zelenski münaqişəyə son qoymaq istəyirlər, lakin aralarında güclü düşmənçilik qalmaqdadır və tərəflərin özləri razılığa necə çatmağı başa düşmürlər.

Həsən Ağa