Hakan Fidan Bakıya gəlir – Ərdoğanı təmsil edəcək

Hakan Fidan Bakıya gəlir – Ərdoğanı təmsil edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Dövlət və Hökumət Başçıları Şurasının VII Zirvə toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.
Tribuna.az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan sədrliyi ilə keçiriləcək sammitdə üzv dövlətlərlə yanaşı, müşahidəçi ölkələrin, eləcə də CICA ilə tərəfdaşlıq edən və müşahidəçi statusuna malik beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.
Zirvədə Asiyada qlobal siyasət və iqtisadiyyata təsir göstərən aktorların ortaq prioritetləri və əməkdaşlıq imkanları müzakirə olunacaq. Azərbaycanın sədrliyi dövründə irəli sürdüyü “Asiyada daha güclü CICA, bağlantısallıq, rəqəmsallaşma və dayanıqlı inkişaf” mövzularının toplantının əsas gündəliyini təşkil edəcəyi gözlənilir.
Sammitdə yekun sənəd kimi “Bakı Bəyannaməsi”nin və iş təhlükəsizliyi və sağlamlığı sahəsində əməkdaşlığa dair bəyanatın qəbul edilməsi, həmçinin Laosun təşkilata yeni üzv kimi qoşulmasının elan olunması nəzərdə tutulur.