Qırmızı Xaçdan Nəsimi açıqlaması – Görüş verilmir

Qırmızı Xaçdan Nəsimi açıqlaması – Görüş verilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beynəlxalq Qızıl Xaç Komitəsi iki aydır ki, Ermənistanda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayevin işi ilə bağlı müvafiq orqanlarla əlaqə saxlayır. Razılıqlarını aldıqdan sonra onunla görüşə biləcəyik”, – deyə Ermənistandakı BQXK nümayəndə heyətinin kommunikasiya rəhbəri Zara Amatuni “Azadlıq” radiosuna bildirib.

Tribuna.az bildirir ki, Nəsimi Musayev oktyabrın 1-də Qarakilsə rayonu, Şəki kəndində saxlanılıb. Erməni tərəfi deyir ki, görülən tədbirlər nəticəsində Nəsimi Musayev Şəki şəhəri, 6-cı küçə, ev 26 ünvanında tapılıb.

Azərbaycan əsgərinin gülləsindən yaralanan qadının bacısı Arpi Avetisyan NEWS.am-a bildirib ki, guya Azərbaycan əsgəri uşaqları girov götürüb və ana onları qoruyarkən sol əlinin 3 barmağını itirib. Pulemyotu yenidən doldurmaq istəyəndə erməni qadın onu bıçaqla yaralayıb. Ana huşunu itirəndə oğul Azərbaycan əsgərinin başına yumruq vurub və nəticədə biləyində sınıq yaranıb.

Həsən Ağa