Vəkil Zibeydə Sadıqova qadınlara qarşı zorakılıq və qadın cinayətləri probleminə diqqət çəkmək məqsədilə oktyabr ayının ilk 15 günü ərzində baş verən hadisələrin siyahısını təqdim edib.
Tribuna.az xəbər verir ki, paylaşımda qadınların həyat yoldaşları, övladları və digər şəxslər tərəfindən öldürülməsi, bıçaqlanması və zorakılığa məruz qalması ilə bağlı faktlar yer alıb.
Vəkilin paylaşdığı siyahını təqdim edirik:
1 oktyabr 2026-cı il – Sumqayıt şəhəri: 31 yaşlı Şəhanə İmanova həyat yoldaşı tərəfindən qətlə yetirilib.
3 oktyabr 2026-cı il – Tovuz rayonu: 45 yaşlı Nüşabə Hüseynovanın üzərinə oğlu tərəfindən benzin tökülərək yandırıldığı, qadının aldığı xəsarətlərdən öldüyü bildirilir.
5 oktyabr 2026-cı il – Mingəçevir şəhəri: Aygün Həşimova həyat yoldaşı tərəfindən bıçaqlanıb.
7 oktyabr 2026-cı il – Bakı şəhəri: 24 yaşlı Fatimə Rəhmanzadə qətlə yetirilib.
12 oktyabr 2026-cı il – Bakı şəhəri: 65 yaşlı M. Abdullayeva oğlu tərəfindən bıçaqlanıb.
13 oktyabr 2026-cı il – Lənkəran şəhəri: 29 yaşlı R. Ağazadə həyat yoldaşı tərəfindən bıçaqlanıb.
13 oktyabr 2026-cı il – Lənkəran şəhəri: 3 yaşlı qız uşağı atası tərəfindən bıçaqlanıb.
Vəkilin paylaşdığı məlumatlar qadınlara və qız uşaqlarına qarşı zorakılığın, xüsusilə ailədaxili zorakılığın ciddi problem olaraq qaldığını bir daha gündəmə gətirir.
Gülşən Rəsul









