Azərbaycanlı atlet iki il müddətinə diskvalifikasiya olundu

Azərbaycanlı atlet iki il müddətinə diskvalifikasiya olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan idmançısı Kənan Vəliyev antidopinq qayda pozuntusuna görə iki il müddətinə diskvalifikasiya edilib.

Tribuna.az xəbər verir ki, atletə tətbiq olunan sanksiya 2026-cı il aprelin 15-dən qüvvəyə minib və 2028-ci il aprelin 15-dək davam edəcək.

Cəzaya səbəb idmançının nümunə götürülməsindən yayınması, imtina etməsi və ya nümunə təqdim etməməsi olub. Bu, antidopinq qaydalarının 2.3-cü maddəsi üzrə pozuntu hesab edilir.