Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi

Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

Tribuna.az xəbər verir ki,Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Əmri ilə polkovnik Eyvazov Soltan Sərxoş oğlu vəzifəsindən azad olunub.

Yerinə Əmirov Qalib Davud oğlu gətirilib.

Qeyd edək ki, uzun illər Nəsimi rayon Dövlət Yanğın Xidməti rəisinin müavini çalışan Aslan Eyvazov Soltan oğlu 2008-2018-ci ilə kimi Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışıb. Onun Soltan Eyvazovun qardaşı olduğu deyilir.