Çempionlar Liqası: “Sabah” Liqa mərhələsində ilk qələbəsini qazandı

Çempionlar Liqası: “Sabah” Liqa mərhələsində ilk qələbəsini qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turu start götürüb.

Tribuna.az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” ilk oyun günündə növbəti sınağına çıxıb.

Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda turnirin əsas mərhələsindəki ilk oyununda Çexiyanın “Slaviya” (Praqa) komandasını qəbul edib.

Bakı Olimpiya Stadionunda keçirilən oyunda təmsilçimiz 2:0 hesablı qələbə qazanıb. Bu, “Sabah”ın Liqa mərhələsində ilk qələbəsi olub.

Xatırladaq ki, “Sabah” ilk turda səfərdə “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzub. “Slaviya” isə evdə Fransanın “Lans” (Lens) komandasına 2:3 hesabı ilə məğlub olub.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur
13 oktyabr

Sabah – Slaviya (Praqa) 2:0

Qollar: Kahim Parris, 49. Coy-Lens Mikels, 88.

Sabah: 92. Stas Pokatilov (k), 27. Timoteuş Puxaç, 3. Stiv Solvet, 4. Eyden Makarti, 80. Akim Zedadka, 7. Umarali Rahmonaliyev, 13. İvan Lepinitsa, 37. Du Keyroş, 21. Velko Simiç, 11. Kahim Parris, 20. Coy-Lens Mikels.

Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 5. Rəhman Daşdəmirov, 6. Abdulah Xaybulayev, 8. Kristian Nvaçukvu, 10. Aleksey İsayev, 16. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 33. Erivaldo Almeyda, 34. Ksander Severina, 88. Rodriqo Fernandeş, 99. Orfe Mbina.

Baş məşqçi: Valdas Dambrauskas

Slaviya: 35. Yakub Markoviç, 4. David Zima, 6. Anje Nqessan, 3. Tomaş Holeş (k), 10. Daniyel Şturm, 23. Mixal Sadilek, 16. David Mozes, 27. Tomaş Viçek, 20. Emmanuel Ayaosi, 17. Lukaş Provod, 25. Tomaş Xori.

Ehtiyat oyunçular: 29. Nazar Domçak, 40. Adam Rezek, 8. Oskar Kubiak, 13. Moymir Çitil, 14. Samuel isife, 15. Mubarak Suleyman, 22. Tumani Diakite, 30. Viktor Novak, 47. David Barçot, 53. Matey Kotrba, 60. Petr Potmeşil.

Baş məşqçi: Yindrix Trpişovski.
Hakimlər: Sebastyan Qishamer, Roland Ridel (Roland Riedel), Santino Şrayner (Santino Schreiner), Valter Altmann (hamısı Avstriya).
VAR: Alan Kiyas (Avstriya).
AVAR: Josef Spurni (Avstriya).
Bakı Olimpiya Stadionu.