Hörmüza boğazı ətrafında yaranmış böhran, habelə müharibədən sonra ciddi problemlərlə üzləşən İran çıxış yolu kimi qonşu ölkələrin imkanlarından istifadə variantını gündəmə gətirib.
Tribuna.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian hökumətin iclasında bununla bağlı fikirlərini dilə gətirib.
O deyib ki, ölkənin ehtiyaclarını qarşılamaq üçün Azərbaycanın imkanlarından yararlanmaq lazımdır. “İranın bir çox ehtiyaclarının qarşılanması üçün Azərbaycan kimi qonşu ölkələrin imkanlarından istifadə edilməlidir”.
Fərda Uğur









