Ofelya Şabanova: “O qaça-qaça qardaşımın yasına gəldi”

Ofelya Şabanova: “O qaça-qaça qardaşımın yasına gəldi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Ofelya Şabanova qardaşının vəfat etdiyi günlərlə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib.

Sənətçi “Tağı ilə Xəbər Magazin” Youtube verilişində bildirib ki, yaşadığı ağır itki zamanı ətrafındakı insanların münasibəti onun üçün böyük sınaq olub. Onun sözlərinə görə, yanında görəcəyini düşündüyü bəzi insanlar yas mərasimində iştirak etməyiblər.

Şabanova xüsusilə qeyd edib ki, vaxtilə aralarında qalmaqal yaşanan həmkarı Nüşabə Musayeva həmin çətin günlərdə onu tək qoymayıb.

İfaçı bildirib ki, şou-biznesdə zaman-zaman anlaşılmazlıqlar və qalmaqallar yaşansa da, bunlar geridə qalıb. O, Nüşabə Musayevanın yas mərasiminə tələsərək gəldiyini və mənəvi dəstəyi ilə ona təsəlli verdiyini vurğulayıb.

Müğənni əlavə edib ki, insan ağır günündə ətrafındakı hər kəsi axtarır. Onun sözlərinə görə, “canım bacım” deyən bəzi şəxsləri həmin gün yanında görməməsi isə onda məyusluq yaradıb.

Ofelya Şabanovanın bu etirafları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər çətin günlərdə göstərilən mənəvi dəstəyin əsl dostluğun göstəricisi olduğunu bildirərək müxtəlif sözlər yazıblar./