Obama yadplanetlilərə inandığını etiraf edib

Obama yadplanetlilərə inandığını etiraf edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın sabiq prezidenti Barak Obama yadplanetlilərin mövcudluğuna inandığını etiraf edib.

Tribuna.az xəbər verir ki, Obama bu barədə amerikalı bloger Brayan Koenə müsahibəsində bildirib.

“Onlar gerçəkdirlər, amma mən onları görməmişəm”, – Obama deyib.

Sabiq prezident yumorla qeyd edib ki, bu, prezident olduqdan sonra verdiyi ilk suallardan biri olub. Lakin o, yadplanetlilər üzərində təcrübələrin aparıldığı barədə şayiələrin yayıldığı 51-ci Zonada heç bir gizli laboratoriya tapmayıb.

Sənan Məmmədli