“O qədər dediniz ki, dodağımı balacalaşdırdım”- Müğənni Aysun

“O qədər dediniz ki, dodağımı balacalaşdırdım”- Müğənni Aysun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Aysun İsmayılova görünüşü ilə bağlı edilən iradlara münasibət bildirib.

 Tribuna.az xəbər verir ki, sosial şəbəkədə dodaqlarının böyük olması barədə tez-tez ünvanlanan tənqidlərə reaksiya göstərən ifaçı müdaxilə etdiyini təsdiqləyib.

Sənətçi bildirib ki, izləyicilərin uzun müddətdir davam edən şərhlərindən sonra dodaqlarındakı dolğunu kiçildib:

“İstəyirəm ki, görəsiniz. O qədər dediniz ki, artıq dodağımı balacalaşdırdım. Təbii dolğunu tamamilə əritdik. Məncə, bu dəfə idealdır. Bundan da balaca etdirməyəcəyəm, əl çəkin”.

Aysun İsmayılova həmçinin saçlarında da dəyişiklik etdiyini deyib:

“Bu arada saçıma da əl gəzdirdik”.

İfaçının paylaşımı sosial şəbəkədə geniş müzakirəyə səbəb olub. Bir qrup izləyici yeni görünüşü bəyənərkən, digərləri dəyişiklik barədə fərqli şərhlər yazıblar.