“TikTok”da “Roşka” kimi tanınan Rövşən Süleymanovun məhkəmə araşdırması başa çatıb.
Tribuna.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-külli miqdarda törədildikdə) maddəsi ilə verilmiş ittiham sübuta yetirilib.
Hökmə əsasən, “Roşka” 3 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, tiktoker 2025-ci ilin yanvarın 31-dən həbsdədir. Bu hökmlə onun 16 ay çəkilməmiş cəza müddəti qalıb.









