ABŞ prezidenti Donald Tramp mümkün olarsa, üçüncü müddətə prezidentliyə namizəd olacağını bildirib.
Tribuna.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Ohayo ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
ABŞ liderinin çıxışından sonra Trampın daha dörd illik prezidentlik müddətinə işarə edərək “Dörd il daha” şüarları səsləndirməyə başlayıb.
Qanuna görə, Trampın prezident kimi ikinci müddətinin 2029-cu ilin yanvarında başa çatması planlaşdırılır. 1951-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyasına 22-ci düzəliş prezidentin səlahiyyətlərini iki müddətlə məhdudlaşdırır. Lakin hazırkı Amerika lideri dəfələrlə üçüncü müddətə yenidən seçilmək ehtimalını qaldırıb. Donald Tramp 2024-cü ilin noyabrında Demokrat Partiyasının namizədi Kamala Harrisi məğlub edərək yenidən seçkilərdə qalib gəlib. O, ilk dəfə 2017-2021-ci illərdə Amerika administrasiyasına rəhbərlik edib.









