Norveç millisinin ulduz oyunçusuna ölüm təhdidi – Foto

Norveç millisinin ulduz oyunçusuna ölüm təhdidi – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç millisinin hücumçusu Alexander Sörlot İngiltərəyə qarşı keçirilən və komandasının turnirlə vidalaşdığı oyundan sonra sosial şəbəkələrdə ağır təhqir və ölüm təhdidlərinə məruz qalıb.

Tribuna.az xəbər verir ki, buna səbəb Sörlotun matç zamanı qaçırdığı yüzfaizlik qol imkanı və əlverişli epizodda komanda yoldaşı Erlinq Haalanda ötürmə verməməsi olub.

Həmin epizoddan sonra norveçli futbolçuya sosial şəbəkələrdə çoxsaylı nifrət mesajları göndərilib.

Bəzi istifadəçilər hətta Sörlotu intihara çağıran mesajlar paylaşaraq sərhədi aşıblar.

Bu hadisə futbol ictimaiyyətində azarkeşlərin sosial mediadakı aqressiv davranışları ilə bağlı narahatlığı yenidən gündəmə gətirib.

Qeyd edək ki, son illərdə bir çox tanınmış futbolçu uğursuz çıxışlarından sonra oxşar təhqir, irqçi ifadələr və ölüm təhdidləri ilə üzləşib.

Gülşən Rəsul