ABŞ-ın “Kolambus Kru” (Columbus Crew) klubunda oynayan Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin maaşı müəyyənləşib.
Bu barədə MLS-in Oyunçular Assosiasiyasının rəsmi saytında dərs olunan hesabatda qeyd edilib.
Nəriman Axundzadənin illik maaşı vergilərlə birlikdə 633 min 390 dollar, vergilərsiz isə 550 min dollar təşkil edir. Siyahıya illik 28 milyon dollar maaşla “İnter Mayami”nin argentinalı futbolçusu Lionel Messi başçılıq edir.
Qeyd edək ki, bu qış “Qarabağ”dan “Kolambus Kru”ya transfer olunan Nəriman Axundzadə amerikalılarla 3,5 illik müqavilə imzalayıb.









