Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 0,67 ABŞ dolları və ya 0,83 ucuzlaşaraq 79,76 ABŞ dollarına enib.
Tribuna.az xəbər verir ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,78 dollar və ya 1% ucuzlaşaraq 77,35 ABŞ dolları təşkil edib.
“URALS” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,84 dollar və ya 1,62% azalaraq 51,03 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,88 dollar və ya 1,15% azalaraq 75,39 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.









