“Sen anlat Karadeniz” serialında “Nəfəs” rolu ilə ulduzu parlayan türkiyəli aktrisa İrem Helvacıoğlu ilə iş adamı Ural Kaspar boşanıb.
Tribuna.az xəbər verir ki, cütlük 2 illik evliliklərinə məhkəmə iclasında son qoyub.
İrem Helvacıoğlu və Ural Kasparın daha öncə ayrılıq xəbərləri yayılsa da, məşhur aktrisa iddiaları qəti şəkildə təkzib etmişdi.
Boşanmadan sonra aktrisa sosial media hesabından “Kaspar” soyadını və şəkillərini silib.
Qeyd edək ki, cütlüyün Sora adlı 6 aylıq qızları var.










