NATO-nun Qrenlandiyada keçirdiyi təlimlər ABŞ-ın maliyyə naziri Skott Bessentin istehzalı reaksiyasına səbəb olub.
Tribuna.az xəbər verir ki, bu barədə The Guardian nəşri məlumat yayıb.
Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı Bessentdən Fransa prezidenti Emmanuel Makronun administrasiyasının Qrenlandiya ərazisində NATO təlimlərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi barədə yayılan məlumatı şərh etməsi xahiş olunub.
Cavabında ABŞ Maliyyə Nazirliyinin rəhbəri belə bir addımın məqsədəuyğunluğunu şübhə altına alaraq Fransanın daxili problemlərinə diqqət çəkib.
“Əgər prezident Makronun Fransa büdcəsinin acınacaqlı vəziyyətdə olduğu bir vaxtda edə biləcəyi yeganə şey budursa, mən ona fransız xalqı üçün daha vacib məsələlərə fokuslanmağı tövsiyə edərdim”, — deyə Bessent bildirib.
İmran Kərimli









