İstanbulda aparılan narkotik istintaqı çərçivəsində tanınmış türkiyəli müğənni da daxil olmaqla 4 nəfər həbs edilib.
Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun Bakırköy Respublika Baş Prokurorluğunun həyata keçirdiyi istintaq çərçivəsində saxlanılan 19 nəfər jandarmadakı prosedurlardan sonra Məhkəmə-Tibb Qurumuna aparılıb. Onlardan 3 nəfər burada aparılan yoxlamalardan sonra sərbəst buraxılıb.
Prokurorluqda ifadələri alınan şübhəlilərdən Ayşe Nur Balcı, Şefik Ömer Dolman, Orhan Yıldız və İlyas Yalçıntaş barəsində həbs qətimkan tədbiri seçilib.
Məhkəmənin qərarına əsasən, həmin şəxslər “narkotik və ya psixotrop maddələrin hazırlanması və satışı” ittihamı ilə həbs olunublar.
İş üzrə digər şübhəli Öner Faruk Işık isə məhkəmənin qərarı ilə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.
Bundan əlavə, barələrində məhkəmə nəzarəti tədbiri tələb olunan daha 11 nəfərin məhkəmə prosesi davam edir. İstintaq çərçivəsində axtarışda olan 6 nəfərin tutulması istiqamətində əməliyyat tədbirləri aparılır.
Hazırda Türkiyə hüquq-mühafizə orqanları istintaqın davam etdiyini və əlavə saxlanılmaların mümkün olduğunu bildirirlər.
Gülşən Rəsul










