Ötən gün axşam saatlarında paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli və Fətəli xan Xoyski küçələrinin kəsişməsində baş verən yol-nəqliyyat hadisəsi 19 yaşlı gəncin ölümü ilə nəticələnib.
Tribuna.az xəbər verir ki, hadisə ilə bağlı DİN sözçüsü Elşad Hacıyev məlumat paylaşıb.
Belə ki, motosikletin sürücüsü, 19 yaşlı Ramal Səfərli həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
“Bu görüntülər sadəcə bir qəzanı deyil, itirilən bir həyatı xatırladır. Yollarda faciələrin yaşanmaması üçün hər bir hərəkət iştirakçısı diqqətli olmalı, sürət həddinə əməl etməli və yol hərəkəti qaydalarına ciddi riayət etməlidir”, deyə – DİN sözçüsü bildirib.
Nigar İxtiyarqızı









