Moskva TRIPP layihəsinə maraq göstərib

Moskva TRIPP layihəsinə maraq göstərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” (TRIPP) layihəsində iştirak imkanlarını nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Tribuna.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, layihəyə qoşulmaqla bağlı qərar qəbul edilməzdən əvvəl təşəbbüsün həyata keçirilməsi və fəaliyyət mexanizmlərinin bütün detalları ilə öyrənilməsi vacibdir.

O qeyd edib ki, TRIPP layihəsi hazırda ilkin işlənmə mərhələsindədir və bu kontekstdə Rusiyanın mümkün iştirakı “Rusiya Dəmir Yolları”nın (RJD) təcrübə və ekspertiza imkanları nəzərə alınmaqla qiymətləndirilə bilər.

İmran Kərimli