Marketdən alınan “Milla” markalı dondurma kiflənmiş çıxıb.
Tribuna.az xəbər verir ki, bu problemlə Elçin Əliyev adlı vətəndaş üzləşib.
O bildirib ki, dondurmanın yararlılıq müddəti keçməsə də, məhsulun üzərində kif olub:
“16.08.2026-cı il tarixində “Bravo” Dəniz Mall filialından qarpız dadlı “Milla” dondurma almışam.
Məhsulun qablaşdırmasının üzərində son istifadə tarixinin 2027-ci ilə qədər olduğu qeyd edilsə də, qablaşdırmanı açdıqdan sonra dondurmanın üzərində boz rəngli, kifə bənzər ləkə aşkar etdim.
İstehlakçı kimi hesab edirəm ki, son istifadə tarixinin göstərilməsi məhsulun keyfiyyətinə və təhlükəsizliyinə zəmanət verməlidir.
Lakin məhsulun faktiki vəziyyəti göstərilən tarixlə uyğun gəlmir”.
Müştərinin üzləşdiyi problemlə bağlı “Milla” şirkətinə sorğu ünvanlamışıq. Cavabı oxucularımıza da təqdim edəcəyik.

Gülşən Rəsul









