Laçın Bərpa, Tikinti və İdarəetmə Xidməti növbəti tenderini elan edib.
Tribuna.az xəbər verir ki, qurum Laçın rayonu, Qorçu qəsəbəsinin inşasının ilkin mərhələsini həyata keçirməyi planlaşdırıb.
Fərdi yaşayış evlərinin tikintisi üçün Xidmət 49 milyon 595 min 510 manat vəsaitin lazım olduğunu qeyd edib. Həmin pulla qəsəbədə iki, üç və dördotaqlı mənzillərin inşası nəzərədə tutulub. Tenderin nəticəsi isə 13 noyabrda açıqlanacaq.
Fərda Uğur









