Məşhur rusiyalı aktyor İqor Zolotovitski vəfat edib.
Tribuna.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, 64 yaşında dünyasını dəyişib.
2013-cü ildən Moskva İncəsənət Teatr Məktəbinin rektoru olan aktyoru filmoqrafiyasına “Kitabxanaçı”, “Kamenskaya” və digərləri də daxil olmaqla 90 film daxildir.
Onun xərçəngdən əziyyət çəkdiyi və müalicə aldığı xəstəxanada dünyasını dəyişdiyi bildirilib.









