Türkiyəli məşhur müğənni Deniz Seki İstanbulda yaşadığı evdə bədbəxt hadisə keçirərək xəstəxanaya yerləşdirilib.
Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisənin gecə saat 03:30 radələrində baş verdiyi bildirilir.
Belə ki, konsertdən sonra evinə qayıdan Seki ev heyvanlarına yem vermək üçün balkona çıxarkən yaş və sürüşkən zəmində ayağı sürüşərək yıxılıb.
Bəzi xəbərlərdə onun balkondan aşağı düşdüyü yazılsa da, sənətçinin yaxınları bu məlumatı təkzib edib.
Həkim müayinəsi zamanı Səkinin çanaq sümüyündə sınıq və onurğasında zədələnmə aşkarlanıb. Buna görə o, qısa müddətdə əməliyyata götürülüb.
Əməliyyatın uğurla başa çatdığı və sənətçinin hazırda vəziyyətinin yaxşı olduğu açıqlanıb.
Yaxınlarının verdiyi məlumata görə, Deniz Seki həkim nəzarətində müalicəsini davam etdirir və bir müddət istirahət etməli olacaq.
Gülşən Rəsul









