Məktəbə gələn valideynlərə QADAĞA: Meksikada aləm qarışdı – Foto

Məktəbə gələn valideynlərə QADAĞA: Meksikada aləm qarışdı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikada bir məktəbin valideynlər üçün tətbiq etdiyi geyim qaydaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Tribuna.az xəbər verir ki, 2022-ci ilin sentyabrında tərbiq edilən qayda sözügedən məktəbdə yenidən gündəmə gəlib.

Məlumata görə, Meksikanın Koauila ştatının Saltillo şəhərində yerləşən məktəblərdən biri analara uşaqlarını götürməyə gələrkən “uyğun geyimdə” olmaları ilə bağlı xəbərdarlıq edib.

Məktəbin girişinə asılan elan lövhəsində qısa şort, mini ətək, dərin dekolteli və ya şəffaf bluzalarla məktəb ərazisinə daxil olmağın qadağan edildiyi bildirilib.

Elanda qeyd olunub ki, qaydalara əməl etməyən valideynlər hətta geyimlərini dəyişmək üçün evə geri göndərilə bilərlər.

Bu qərar cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəzi şəxslər məktəbdə nizam-intizamın qorunması baxımından belə qaydaları dəstəkləsələr də, çoxları bunu qadınların geyim seçiminə müdaxilə və cinsiyyətçi yanaşma kimi qiymətləndirib.

Mövzu ilə bağlı sosial şəbəkələrdə minlərlə istifadəçi fikirlərini bölüşərək məktəbin qərarını müzakirə edib.

Gülşən Rəsul