Məhəmməd İmanov erməniyə qalib gələrək WJF kəmərinə sahib çıxdı (VİDEO)

Məhəmməd İmanov erməniyə qalib gələrək WJF kəmərinə sahib çıxdı (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan milli komandasının kikboksçusu Məhəmməd İmanov WJF döyüş təşkilatının kəmərini qazanıb.
Azərbaycan Kikboksinq Federasiyasından  verilən məlumata görə, 57 kq çəki dərəcəsində çıxış edən idmançı Gürcüstanın paytaxtı Tbilisidə keçirilən yarışda yerli ölkəni təmsil edən erməni əsilli Qela Xoceliani ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən İmanov kəmərin sahibi olub.
Qeyd edək ki, Məhəmməd İmanov gənclər arasında WAKO versiya üzrə Avropa birinciliyinin qalibi, dünya çempionatının gümüş medalçısıdır.