Mayk Tayson türk serialında – ilk görüntülər yayımlandı – VİDEO

Mayk Tayson türk serialında – ilk görüntülər yayımlandı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur keçmiş boksçu Mayk Tayson Türkiyənin Azərbaycanda da kifayət qədər populyar olan “Tuzlu Kahve” serialında qonaq aktyor kimi tamaşaçıların qarşısına çıxacaq.

Tribuna.az  “Haberler.com”a istinadən xəbər verir ki, amerikalı boksçu serialın 13-cü bölümündə rol alıb. O, Buğra Gülsoyun canlandırdığı Mehmet obrazının ABŞ-dən gələn dostunu oynayacaq.

Serialın yayımlanan anonsunda Taysonun Türkiyəyə gəlişinin səbəbi də açıqlanıb. Belə ki, məşhur boksçu İstanbulda taklaçı göyərçin almaq istəyir. Bu maraqlı süjet xətti Taysonun real həyatdakı göyərçin həvəsi ilə də üst-üstə düşür.

Bölümdə Taysonun türk qonaqpərvərliyi ilə qarşılanması, ona ənənəvi yeməklərdən mıhlama və türk qəhvəsi təqdim olunması da diqqət çəkir. Serialın digər qəhrəmanları ilə söhbətləri isə ekran əsərinə fərqli rəng qatır.

Məlumata görə, Mayk Taysonun iştirak etdiyi bölümün 1 dekabr 2026-cı ildə yayımlanması planlaşdırılır.

Qeyd edək ki, Mayk Tayson boks tarixinin ən məşhur idmançılarından biridir. O, ağır çəkidə mütləq dünya çempionu olmuş və peşəkar boksda qazandığı uğurlarla dünya şöhrəti qazanmışdır.

İmran Kərimli