Fransa prezidenti Emmanuel Makronun qaldığı hotelin yaxınlığında partlayışlar baş verib.
Tribuna.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Makronun qaldığı hotelin yaxınlığında, Suriyanın paytaxtı Dəməşqin mərkəzində bir neçə partlayıcı qurğu işə düşüb.
Hadisədən sonra əraziyə gedən yollar bağlanıb, təhlükəsizlik tədbirləri isə gücləndirilib.
“Reuters”in hadisə yerində olan müxbiri həmin ərazidə bir neçə partlayış səsi eşitdiyini bildirib. Partlayışın baş verdiyi yerdən tüstünün qalxdığı müşahidə olunub.
Qeyd edək ki, Emmanuel Makron Suriyanın keçmiş prezidenti Bəşər Əsədin devrilməsindən sonra Dəməşqə səfər edən ilk yüksək səviyyəli Avropa İttifaqı lideridir.









