Lənkəran şəhərində şəhid Emil Qurbanovun adını daşıyan küçə acınacaqlı vəziyyətdədir.
Tribuna.az-a bu barədə məlumat verən sakinlər bildiriblər ki, şəhidin adını daşıyan küçəyə illərdir baxılmır.
Onların sözlərinə görə, küçənin yolları uzun müddətdir ki, bərbad haldadır:
“Küçədəki yolun asfalt örtüyü uzun illərdir dağılıb. Yolda iri və dərin çuxurlar əmələ gəlib. Nə piyada, nə də avtomobillə hərəkət etmək mümkündür. Yağışdan sonra vəziyyət daha da ağırlaşır.
Bu, şəhidin adına hörmətsizlikdir. Heç olmasa, şəhidin adından utansınlar və bu küçəyə diqqət ayırsınlar”.
Sakinlər aidiyyəti qurumlardan məsələni diqqətdə saxlamağı və küçədəki yol probleminin aradan qaldırılmasını tələb edirlər.
Gülşən Rəsul









