Türkiyədə Süleymançılar dini qruplaşmasının lideri Əlixan Kurişin axtarışda olan qardaşı Hilmi Tuna Kuriş hava limanında saxlanılıb.
Tribuna.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, o, xaricə qaçmağa hazırlaşarkən Marmarisdə saxlanılıb.
Qeyd edək ki, Əlixan Kuriş 16 avqustda həbs edilib. Ankara Baş Prokurorluğu tərəfindən “Əlixan Kuriş Cinayət Təşkilatına” qarşı aparılan istintaq çərçivəsində saxlanılan 38 şübhəlidən 32-si həbs edilib, qalan 6 nəfərə isə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib.









