Ermənistanın Avropa İttifaqına daxil olmaq istəyi tezliklə yoxa çıxacaq.
Tribuna.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu xarici işlər naziri Sergey Lavrov deyib.
O, Aİ-nin iqtisadi üstünlüklərini itirdiyini bildirib.
“Serbiyalı dostlarımız, indi də burada erməni həmkarlarımız deyirlər ki, biz Avropa İttifaqına daxil olmaq istəyirik. Əminəm ki, onların bu istəyi çox tezliklə yoxa çıxacaq”, – Lavrov qeyd edib.









