KTN borclarını yığmaq üçün Ağadadaşovun şirkəti ilə anlaşdı

KTN borclarını yığmaq üçün Ağadadaşovun şirkəti ilə anlaşdı 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyi elan etdiyi tenderin nəticəsini açıqlayıb.

Tribuna.az xəbər verir ki, Agentlik lizinq və borcların yığımı üçün hər bir lizinqalan/borcalan üzrə məhkəmədə təmsilçilik üzrə hüquqi yardım və Agentliyin fəaliyyəti üzrə müvafiq məhkəmələrdə və istintaq orqanlarında hüquqi yardım üçün anlaşma əldə edib.

Qeyd edilən işləri “TURAN LEGAL AND TAX SERVİCES” MMC həyata keçirəcək. Şirkətlə Agentlik arasında 309 min 750 manat dəyərində müqavilə imzalanıb.

Qeyd edək ki, şirkət Səbail rayonu, Müslüm Maqomayev küçəsi, ev 10, döngə 3, mənzil 1 ünvanında yerləşir. Şirkətin direktoru isə Zalbəy Ağadadaşovdur.

Fərda Uğur