Kot d`İvuar futbolçusunun Kanadaya girişi qadağan edildi

Kot d`İvuar futbolçusunun Kanadaya girişi qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada hakimiyyəti Kot d`İvuar milli futbol komandasının hücumçusu Elie Vayinin ölkəyə girişini qadağan edib.

Tribuna.az  xarici mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin Futbol Federasiyası (IFF) məlumat yayb.

Oyunçu Kanada vizası almayıb və komanda ilə birlikdə Dünya Kuboku qrup mərhələsinin ikinci tur matçına gedə bilməyib. Bu oyunda Afrika komandası iyunun 20-də Almaniya ilə oynayacaq.

IFF Vayinin iştirakı ilə hər hansı məhkəmə və ya inzibati proses barədə məlumatlandırılmadığını vurğulayıb. “Oyunçu komandanın qayıtmasını gözləyərək ABŞ-da qalacaq. Kot d`İvuar Futbol Federasiyası vəziyyəti yaxından izləməyə davam edəcək”, – təşkilat bildirib.

23 yaşlı Vayi Almaniyanın “Ayntraxt Frankfurt” klubuna məxsusdur. O, 2026-cı il mundialının qrup mərhələsinin ilk oyun günündə Ekvadora 1-0 hesabı ilə məğlub olduqları oyunda Kot-d’İvuar millisinin heyətində meydana çıxıb.