“Kontakt Home”dan aldığı bütün əşyalar xarab çıxdı – Şikayət

“Kontakt Home”dan aldığı bütün əşyalar xarab çıxdı – Şikayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son bir il ərzində “Kontakt Home”dan aldığım məhsullarla bağlı dəfələrlə ciddi problemlərlə üzləşmişəm və artıq bunu ictimai şəkildə paylaşmaq qərarına gəldim. Demək olar ki, aldığım məhsulların bir çoxunda qısa müddət ərzində nasazlıq yaranıb.

Tribuna.az xəbər verir ki, bu barədə Feysbukun şikayət səhifəsində Kövsər Şamxalova adlı xanım yazıb. O bildirib ki, “Komtakt Home”dan aldığı planşet cəmi iki ay istifadə olunduqdan sonra açılmır:

“Telefonla da problem yaşadım. Eyni vəziyyət tozsoran və ütü ilə də baş verdi.

Ən narahatedici məqam isə servis xidmətidir. Məhsulda problem yarananda məni Qara Qarayevdə yerləşən servisə yönləndirirlər. Həmin servis yaşadığım ərazidən çox uzaqdır və məhsulu təhvil verdikdən sonra 14–15 gün cavab gözləməli oluram.

Müştəri olaraq sualım çox sadədir: niyə yeni alınmış məhsullar bu qədər qısa müddətdə sıradan çıxmalıdır və niyə müştəri hər dəfə servisə gedərək, günlərlə cavab gözləyərək vaxtını itirməlidir?

Bir məhsulda problem yaranmasını təsadüf hesab etmək olar. Amma telefon, planşet, tozsoran və ütü — ardıcıl olaraq bir neçə məhsulda eyni problemlə qarşılaşanda artıq müştəri olaraq aldığım məhsulların keyfiyyətinə və göstərilən xidmətə ciddi şübhəm yaranır.

“Kontakt Home” rəhbərliyindən bu məsələyə diqqət yetirməsini və müştərilərinə daha operativ və keyfiyyətli xidmət göstərməsini gözləyirəm”.

Məsələ ilə bağlı “Kontakt Home”la əlaqə yaratmaq cəhdlərimiz baş tutmadı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Gülşən Rəsul