İsrail yaxın günlərdə tutduğu ərazilərin bir hissəsini Livana qaytaracaq

İsrail yaxın günlərdə tutduğu ərazilərin bir hissəsini Livana qaytaracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail hakimiyyəti yaxın günlərdə İsrail qüvvələri tərəfindən işğal edilmiş bəzi Livan ərazilərinin nəzarətini Beyruta qaytarmağa hazırlaşır.

Tribuna.az xəbər verir ki, məlumatı CNN adı çəkilməyən ABŞ administrasiyası rəsmisinə istinadən vyayıb.

Bildirilir ki, İsrail tərəfindən işğal edilmiş ilk “pilot zonası” “günlər ərzində” Livanın nəzarətinə qaytarılacaq.

CNN ABŞ rəsmisinə istinadən bildirib ki, “xəritələrdə əlavə pilot zonalar müəyyən edilib”: “CENTCOM (ABŞ Mərkəzi Komandanlığı – red.) irəliləyiş əldə etmək üçün hər iki ölkə ilə işləyir.”

Administrasiya rəsmisi əlavə edib ki, ABŞ “tezliklə Livan hökumətinə bu zonalarda və ölkə daxilində suverenliyi effektiv şəkildə bərpa etməyə kömək etmək üçün beynəlxalq tərəfdaşlarla əlaqə qurmağa başlayacaq”.

Qeyd olunur ki, gələn həftə Romada iki tərəfin nümayəndələri arasında bu məsələ ilə bağlı qapalı danışıqlar keçiriləcək.