“İrşad”ın kondisioneri cəmi 1 ay işlədi – ŞİKAYƏT

“İrşad”ın kondisioneri cəmi 1 ay işlədi – ŞİKAYƏT 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaşın “İrşad”dan aldığı kondisioner cəmi 1 ay işləyib.

Tribuna.az xəbər verir ki, bu problemlə vətəndaş Nurulla Poladlı üzləşib. O bildirib ki, “​İrşad”dan aldığı kondisioner bir ayın tamamında sıradan çıxıb:

“Hazırda pultu ümumiyyətlə işləmir, pərindən isə səs gəlir.

Problemə baxılması üçün mağazaya artıq 4-5 dəfə zəng etmişəm, lakin hər dəfə mənə eyni bəhanəni gətirərək “5 iş günü ərzində baxılacaq” deyib vaxtı uzadırlar və heç bir real tədbir görmürlər.

​Evdə azyaşlı uşaqlarım var, havalar həddindən artıq istidir və bu vəziyyət ailəmizin sağlamlığına ciddi təhlükə yaradır. İstehlakçı hüquqlarım kobud şəkildə pozulur”.

Məsələ ilə bağlı “İrşad”dan bildirilib ki, məsələ araşdırılacaq və həlli üzrə tədbir görüləcəkdir.

Gülşən Rəsul