İranla Yeni Zelandiyanı səhv saldı – Şərhçilikdən məhrum edildi

İranla Yeni Zelandiyanı səhv saldı – Şərhçilikdən məhrum edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup mərhələsinin ilk turunda keçirilən İran – Yeni Zelandiya matçında 4 dəqiqə boyunca komandaları səhv salıb.

Tribuna.az  xəbər verir ki, şərhçi iranlıları Yeni Zelandiya, yeni zelandiyalıları İran kimi təqdim edib.

4-cü dəqiqədə o, İran yığmasının ulduzu Mehdi Taremini gördükdən sonra yanlışını anlayıb.

Nəticədə azarkeşlərdən üzr istəyən şərhçi TRT rəhbərliyi tərəfindən cəzalandırılıb. Murat Ekrem Çimen ABŞ-dəki yayım qrupundan kənarlaşdırılıb.