İran rejimi aksiyaçılara qarşı PUA-lardan istifadə edib

İran rejimi aksiyaçılara qarşı PUA-lardan istifadə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda etirazçılara qarşı hərbi PUA-lardan istifadə olunub.

Tribuna.az xəbər verir ki, bunu “DW” nəşrinin jurnalisti Nilufər Qulami deyib.

Onun sözlərinə görə, İran hakimiyyəti küçə etirazçılarına qarşı əməliyyatlarda ilk dəfə olaraq dronlardan istifadə edib. “Ölkə 60 saatdan çoxdur ki, internetsizdir, elektrik enerjisi və mobil telefon kəsintiləri baş verir. Hadisələr haqqında məlumat əsasən Starlink peyk şəbəkəsi vasitəsilə əldə edilir”.

O bildirib ki, bir çox böyük və kiçik şəhərlərdə çox sayda insanın iştirakı ilə etirazlar davam edir. “Eyni zamanda, təhlükəsizlik qüvvələrinin repressiyaları son dərəcə qəddar və qanlı hala gəlib”.

O bildirib ki, İran rejimi insanları küçələrdən uzaq tutmaq üçün bütün mümkün vasitələrdən istifadə edir. “Məsələn, dünən onlar ilk dəfə patrul xidməti üçün dronlardan istifadə etdilər ki, bu da etirazçıların hava müşahidəsi vasitəsilə müəyyən edilə biləcəyi riski deməkdir”.

Fərda Uğur