İran PUA-sı Türkiyə ərazisində: “Shahed” qalıqları tapılıb

İran PUA-sı Türkiyə ərazisində: “Shahed” qalıqları tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Türkiyənin Ordu vilayətinin Ünye bölgəsində aşkarlanan PUA-nın İrana məxsus olduğu məlum olub.

Tribuna.az xəbər verir ki, kamikadze PUA-nın Türkiyə ərazisinə hansı məqsədlə göndərildiyi məlum deyil.

Bəzi ekspertlərə görə, “Shahed-136” PUA-nın Rusiyanın istifadəsində olub və nəzarətdən çıxaraq, Türkiyə ərazisinə qədər uçub.

Qeyd edək ki, son bir neçə ayda Türkiyənin bir çox əyalətlərində müxtəlif ölkələrə məxsus PUA-ların peyda olması halları artıb. Hətta yerli media hökumətdən bunun izahatını da tələb edib. Üstəlik, bu mövzu Türkiyənin Havadan Müdafiə Sistemləri ilə bağlı bəzi suallar yaradıb.

Fərda Uğur