İranda yanvarın 8-9-da bütün ölkə boyu törədilən qətliamdan sonra bəzi dövlət qurumlarında çalışanla ciddi qorxuya düşüblər.
Tribuna.az xəbər verir ki, xüsusən İran polisinin əməkdaşları daha çox narahatlıq içindədir.
Belə ki, onlar yerli əhali ilə təmas quraraq, baş verən qətliamlarda iştirak etmədiklərini bildirirlər. Polislər bu işin SEPAH və gəlmələr tərəfindən törədildiyini deyərək, onları prosesdən kənarlaşdırdıqlarını qeyd edirlər.
Polsin belə təlaşa düşməsi səbəbsiz deyil. Belə ki, 1979-cu il İran inqilabından sonra polis əsas hədəfə çevrilmişdi. Məhz Xomeyni hakimiyyətə gələndən sonra İranda polisləri kütləvi edamları həyata keçirilmişdi. Hətta İranda “Hər işıq dirəyindən bir polis asılmışdı” ifadəsi bu gün də qalır.
Görünür, İran polisi son hadisələrdən sonra analoji olayların yenidən başına gələcəyini düşündüyündən indidən tədbir görməyə çalışır.
Fərda Uğur









