İran parlamenti anlaşmanı ratifikasiya etməyə bilər

İran parlamenti anlaşmanı ratifikasiya etməyə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Parlamentin iclaslarını dayandırmaq məqsədli idi. Bu işi görənlər istəyirdilər ki, bizi kənara qoyub, istədiklərini imzalasınlar”.

Tribuna.az xəbər verir ki, bunu İran parlamentinin deputatı Hüseyn Əli Şəhriyari deyib.

Onun sözlərinə görə, parlament bir araya gələrək, ABŞ-la imzalanmış sazişə qiymət verməlidir. “Biz bir dəfə JCPOA məsələsində səhv etmişik. Bir dəfə də etmək niyyətimiz yoxdur”.

Qeyd edək ki, İran parlamentində əsas üstünlük mühafizəkarlardadır. Səid Cəlilinin rəhbəri olduğu “İslam Cəbhəsi” fraksiyası isə ABŞ-la razılaşmanın əleyhinədir. Elə bu səbəbdən də onlar bir həftədən çoxdur ki, spiker Qlibafa qarşı çıxaraq, onun hətta istefa verməsini tələb edirlər.

Güman edilir ki, İran parlamenti ABŞ-la əldə edilmiş anlaşma memorandumunu ratifikasiya etməsin. Əgər bu baş verərsə, dini lider Müctəba Xamineyinin araya girməsi lazım gələcək. Çünki mühafizəkarlar yalnız onun sözü ilə geri addım atarlar.

Fərda Uğur