İran hərbi doktrinasını müdafiə yönümlü yanaşmadan hücum yönümlü yanaşmaya dəyişir.
Tribuna.az xəbər verir ki, bu barədə SEPAH-ın komandan müşaviri Məhəmmədrza Nəqdi məlumat verib.
O bildirib ki, İrann ordusu yeni doktorina ilə sərhədlərdən kənarda əməliyyatlar həyata keçirməyə hazırlanır. “Şərait tələb etdikdə və əmr verildikdə İran qüvvələri əməliyyatları düşmən ərazisinə keçirmək və ölkə sərhədlərindən kənarda həyata keçirmək imkanına malik olmalıdır. Lazım gələrsə və əmr verilərsə, əməliyyatları düşmən ərazisinə və öz ərazilərimizdən uzağa genişləndirməyə hazır olmalıyıq”.
Fərda Uğur








