İqtisadiyyat üzrə Nobel mükafatı iki amerikalıya verildi

İqtisadiyyat üzrə Nobel mükafatı iki amerikalıya verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat üzrə 2026-cı il Nobel mükafatını Robert E. Hall və Michael Woodford qazanıblar. Hər iki alim ABŞ-da fəaliyyət göstərir.

Tribuna.az xəbər verir ki, laureatlar makroiqtisadi sabitləşmənin mikroiqtisadi əsasları üzrə araşdırmalarına görə mükafatlandırılıblar.

Onların işi inflyasiya, istehsal və istehlak kimi göstəricilərin yalnız ümumi statistik məlumatlarla deyil, insanların və müəssisələrin qərarları ilə birlikdə təhlil edilməsinin əhəmiyyətini göstərir.

Bu yanaşma iqtisadi böhranlar zamanı hökumətlərin və mərkəzi bankların vergi, dövlət xərcləri və faiz siyasəti ilə bağlı qərarlarının daha düzgün planlaşdırılmasına şərait yaradır.

Mükafatın ümumi məbləği 12 milyon İsveç kronudur.

İmran Kərimli