“iPhone” 20-ci ildönümünə özəl olaraq 2027-ci ildə “iPhone 20” modelini təqdim etməyə hazırlaşdığı iddia edilir.
Tribuna.az xəbər verir ki, yeni model tamamilə şüşə korpus, əyri və çərçivəsiz ekran, ekran altı üztanıma və fiziki düymələri əvəz edəcək toxunma əsaslı idarəetmələrlə təchiz oluna bilər.
İddialara görə, “iPhone 20” 6,3 və 6,9 düymlük iki ekran variantında təqdim ediləcək. Modelin A21 çipi ilə işləyəcəyi və cihazdaxili süni intellekt imkanlarının da gücləndiriləcəyi gözlənilir.
Əpl daha əvvəl “iPhone” 10-cu ildönümündə “iPhone 9” əvəzinə “iPhone X” modelini təqdim etmişdi. Bu səbəbdən 2027-ci ildə Ayfon-20 adının seçilə biləcəyi ehtimal olunur.
Qeyd edək ki, yeni xüsusiyyətlərin bir hissəsi hələlik “Apple” tərəfindən rəsmi təsdiqlənməyib.









