Prezident İlham Əliyev “Kraudfandinq haqqında” qanunu təsdiqləyib.
Tribuna.az xəbər verir ki, qanun 7 fəsil, 23 maddədən ibarətdir, Azərbaycan Respublikasında səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorunun fəaliyyətinə dair tələbləri, habelə onların fəaliyyəti üzərində dövlət tənzimləməsi və nəzarəti məsələlərini tənzimləyir.
Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minəcək.









