“İran rejimi ya daxildən dəyişəcək, ya xalq ayağa qalxacaq, ya da nə baş verəcəyini hamımız görəcəyik”.
Tribuna.az xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skot Bessent deyib.
Onun sözlərinə görə, ABŞ İranı iqtisadi cəhətdən boğacaq. “Bu zalım rejim 47 ildir hökm sürür və dünyanın artıq onlardan canı boğazına yığılıb”.
ABŞ-ın keçmiş energetika naziri Den Bruyett isə iddia edib ki, İrandakı molla rejiminin süqutu yaxınlaşır. “Neft satışının dayandırılması, Hörmüz boğazına nəzarət, habelə gəlirlərin azalması Tehranı uzun müddət ayaq üstə saxlaya bilməz”.
Fərda Uğur









