“Beynəlxalq tərəfdaşlarımız sübut etdilər ki, Qarabağ məsələsində maneə Ermənistan hakimiyyətidir”.
Tribuna.az xəbər verir ki, bunu Qarabağdan qaçmış separatçı Metaxe Akopyan deyib.
Onun sözlərinə görə, bu gün Ermənistanda Qarabağın “inkar edilməsi” prosesi gedir.
Akopyan onu da bildirib ki, xaricdəki tədbirlərdə Qarabağ məsələsini qaldırdıqda, bir o qədər də əhəmiyyət vermirlər. “Bizi xaricdə saymırlar. Məsələni İrəvan hökuməti ilə həll etməli olduğumuzu deyirlər”.
Fərda Uğur









